Продаётся 3-комн. новостройка 155.6 м², Бинагадинский р.
Evin ara divarları 15 sm-lik bahalı QOBUSTONE daşları ilə hörülüb – bu, həm səs, həm də istilik izolyasiyası baxımından yüksək səviyyə deməkdir. Qranit və mərmər vurulan bütün sahələr tam isti poldur, ümumi sahə təxminən 60 kv.m – qışda maksimum komfort, yayda isə ideal tarazlıq.
Çöl divarlar içəridən xüsusi termos sistemi ilə yığılıb:
3 sm penoplas + 1 sm yaşıl alçiban — nəticə olaraq ev yayda sərin, qışda isti qalır və enerji itkisi minimuma enir.
Poduqalar əllə çəkilib, yəni zavod işi yox, ustalıq və keyfiyyət ön plandadır. Potoloklarda isə əlavə və ehtiyat elektrik şnurları əvvəlcədən atılıb, gələcəkdə əlavə işıqlandırma və ya dizayn dəyişiklikləri üçün rahatlıq yaradır.
Evdə istifadə olunan materialların hamısı bahalı və keyfiyyətlidir — ucuzluq xatirinə heç nədən imtina edilməyib. Bu evi satış üçün yox, özüm üçün yığdırırdım, sadəcə fikrimi dəyişdiyim üçün satışa çıxarıram.
Səmimi desəm, bu evə xərclənən pul təxminən 2 belə evin təmirinə bərabərdir. Qapıların hündürlüyü 2.30 metrdir, bu da evə əlavə genişlik və prestijli görünüş verir.
Qısası, bu ev standart tikili deyil, keyfiyyətə, komforta və uzunömürlülüyə dəyər verənlər üçün yığılıb. Gəlib baxan fərqi dərhal hiss edəcək.

































































































































